Bu heyvan xaçmazlıları təəccübləndirdi (FOTO)

Bu heyvan xaçmazlıları təəccübləndirdi (FOTO)
20:51 3 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Xaçmazın rayon mərkəzi ilə bitişik olan Qaraqurtlu kəndi ərazisindən keçən çayda xeyli sayda xəz dərili heyvanlar görünməkdədir.

ANS PRESS-in bölgə müxbiri məlumatı aldıqdan, həmin ərazidə bir neçə saat müşahidə apardıqdan sonra sözügedən heyvanları görə bilib.

Bu heyvanlar burada çayın zibillik ərazilərində ağac dibi kollardan qidalanaraq uzun müddət yaşayırlar.

Qaraqurtlu kənd sakini Cavid Məmmədov evinin altından keçən çayda yaz-qış aylarında 20-dən artıq xəz dərili heyvana rast gəldiyini deyir.

"Bu çayda yaxın 2 ildə "ondatra" deyilən heyvanlar peyda olub. Bayıra çıxırlar, qamış kökü, söyüd kökü, kartof qabığı yeyirlər", deyə cavid Məmmədov bildirib.

Cavid Məmmədov insanla ünsiyyəti sevməyən, adətən insanın bir iki-metr yaxınlığından qaçan xəz dərili bu heyvanın zərərli olmadığını bildirdi. Heyvanın adına gəldikdə isə onun həqiqətən də ondatra olub-olmamasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdaki 5 saylı ərazi idarəsinin fauna üzrə mütəxəssisi Qurban Hüseynovdan soruşduq. Videogörüntülərə baxış keçirən Qurban Hüseynov bu heyvanın ondatra deyil, su qunduzu olduğunu bildirdi. O bu heyvanların sahildən yaşayış məntəqələrə doğru gəlməsini isə belə izah etdi

"Onların bura gəlməsinin səbəbi dənizin suyunun çəkilməsi ilə əlaqədardır. Buna görə də dəniz kənarlarında su hövzələri quruyur. Buna görə də onlar çaylara sarı irələyirlər".

Qurban Hüseynov əlavə olaraq onu da dedi ki, su qunduzunun dərisi və əti qiymətli və xeyirlidir. Onun sözlərinə görə, əvvəllər sovet dövründə ovçuların qunduzçuluq təsərrüfatı vardı, indi bunlar ləgv olunub. Bir neçə il əvvəl su qunduzunu lisenziya ilə ovlamaq mümkün idisə, indi bu xəz dərili heyvanı ovlamaq qadağandır.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR