Azərbaycanın Misirdəki səfirliyi mədəniyyət festivalında iştirak edib

Azərbaycanın Misirdəki səfirliyi mədəniyyət festivalında iştirak edib
21:58 3 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 3 dekabr, AZƏRTAC
Misirin ilk özəl universiteti sayılan, 40 mindən çox tələbəsi olan “6 Oktyabr” Universitetinin keçirdiyi doqquzuncu mədəniyyət festivalında Azərbaycanın Misirdəki səfirliyi də iştirak edib.
Mədəniyyət festivalında ABŞ, Yaponiya, Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Tailand, İraq, Liviya, Suriya, Yəmən, Fələstin, Almaniya, İordaniya, Peru, Livan, Bəhreyn, Nigeriya, Küveyt, Somali və digər ölkələrin mədəniyyətlərini əks etdirən sərgilər təşkil olunub.
Azərbaycana aid sərgidə ölkəmizin mədəniyyətini əks etdirən musiqi alətləri, geyimlər, kitablar və s. nümayiş etdirilib. Sərgimizi ziyarət edən “6 Oktyabr” Universitetinin rektoruna, müəllim heyətinə, xarici qonaqlara və universitet tələbələrinə səfirliyin əməkdaşları tərəfindən ölkəmiz haqqında məlumat verilib və onlara Azərbaycan mədəniyyəti, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müxtəlif kitablar hədiyyə edilib. İki gün ərzində davam edən festival zamanı on minə yaxın tələbə Azərbaycan sərginin qonağı olub.
Festivalın sonunda təşkil edilmiş tədbirdə Azərbaycanın mədəniyyətini, tarixini, müasirliyini əks etdirən 20 dəqiqəlik videofilm nümayiş etdirilib ki, bu da qonaqların diqqətini xüsusilə cəlb edib. Azərbaycanın ərəb və İslam dünyası ilə sıx əlaqələrinin olduğu bildirilib, ölkədə milli və dini tolerantlığın yüksək səviyyədə olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Fransada UNESCO-nun tədbirində çıxışı zamanı söylədiyi fikirlərə istinad edilərək, İslam dininin terrorla heç bir əlaqəsinin olmadığı, terrorun dininin və milliyyətinin olmadığı, Azərbaycanın özünün də terrordan əziyyət çəkən ölkə olduğu diqqətə çatdırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Misirdeki_sefirliyi_medeniyyet_festivalinda_istirak_edib-908096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR