Valideynlər hər həftə 100 manat CƏRİMƏLƏNƏCƏK

Valideynlər hər həftə 100 manat CƏRİMƏLƏNƏCƏK
23:32 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dərsdən qalan şagirdlərin valideynləri cərimələnəcək.

Milli.Az anspress-ə istinadən bildirir ki, şagird bir ay ərzində yeddi gündən çox dərs buraxarsa, şagirdin valideyni 100 manat miqdarında cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihə qəbul olunaraq parlamentin iclasına tövsiyə olunub.

Layihənin qanun şəklində qəbul olunub, olmayacağı bəlli deyil, amma artıq cəmiyyət arasında buna reaksiyalar da var. Bəzi valideynlər bununla razı olduğunu bildirsələr də, bir çox valideynlər, hətta bəzi rəsmi orqan nümayəndələri heç də razı olmadıqlarını dedilər.

Valideyn Heybətova Çinarə deyir ki, bu layihə ilə heç razı deyil: "Oğlum 4-cü sinifdə, qızım isə 3-cü sinifdə oxuyur. Düzdür, bacardığımız qədər dərsdən qalmırıq. Yalnız xəstələnəndə dərsdən qalmışıq, bir də havalar şaxtalı olanda. Yollara görə gedə bilmirik məktəbə. İndi belə vəziyyətə düşən valideyn 100 manat verməlidir? Bizim evdə yalnız yoldaşım işləyir, onun əmək haqqısı da 380 manatdır. Üç uşağım var, güclə bu aydan o biri aya çatdırırıq. Bizim kimi yüzlərlə ailə var. Neçə verəcək bu pulu?".

Digər bir valideyn isə layihədən razı olduğunu qeyd etdi: "Bu məsələnin müsbət tərəfi odur ki, uşaq məcbur olub dərsə gələcək, avaraçılıqla məşğul olmayacaq, gedib dilənçilik etməyəcək. Həyətimizdə bir uşaq var. O, dərs adı ilə evdən çıxır, hər gün dilənir ki, özünə velosiped alsın, valideyninə də deyirik, amma vecinə deyil".

Buna hüquq müdafiəçisi Mehriban Zeynalova da öz etirazını bildirib. O, öz Facebook səhifəsində məsələ ilə bağlı belə bir status da paylaşıb:

"Təhsildən yayınan uşaqların 100 manat cərimələnməsi məsələsinə münasibətim müəyyən mənada müsbətdir. Amma əgər uşağın təhsildən yayınmasının səbəbi ailənin iqtisadi imkanının məhdudluğudursa... İkinci halda, imkanlı ailələr əgər uşağın adını məktəbə yazdırıb evdə repititor tutaraq təhsilə cəlb edirsə... Demək istədiyim odur ki, gözyumulu heç bir xidmət paketi təklif etmədən 100 manat cərimə təhsildə dönüş yaratmayacaq. Millət vəkilləri bir az əhali ilə ünsiyyətdə olub, vəziyyəti düzgün qiymətləndirməli, bu təklif daha hərtərəfli həyata keçirilməlidirlər".

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyir ki, o, qanunu bəyənilən sayır və sabah Milli Məclisdə müzakirəyə çıxarılanda onu dəstəkləyənlərdən biri olacaq.

"Son zamanlar baş verən hadisələr bizi bu cür addım atmağa vadar edir. Yəni bu qanunun əsas konseptual mahiyyəti təhsildən yayınma hallarının qarşısını almaqdır. Söhbət xüsusilə icbari təhsildən deyil. Bununla dərs adı ilə repititor yanına gedənlərin də, müxtəlif dini mərasimlərə üz tutanların da qarşısı alınmış olacaq. Hər halda, burada valideynlər daha məsuliyyətli olub, övladlarını başqa yönə deyil, məhz, təhsilə istiqamətləndirmək üçün daha diqqətli olar. Hər halda, 100 manat az məbləğ deyil, bunu ödəməmək üçün valideynlər uşaqlarına nəzarət edər", - deyə millət vəkili vurğuladı.

Şəmsəddin Hacıyev onu da əlavə etdi ki, əgər təcili lazım olarsa, valideyn gəlib məktəbin direktorundan icazə ala bilər. Belə hallarda, heç bir cərimədən söhbət gedə bilməz. Uşaq xəstə olanda, ya evdə xəstəyə baxanda və ya başqa səbəblər nəzərə alınır. 

Görünən odur ki, layihənin qəbul edilməsinin müsbət cəhəti olduğu kimi, mənfi cəhətləri də var. Belə ki, qəbul olunmağı nəzərdə tutulan bu qanun layihəsi valideynləri daha məsuliyyətli olmağa vadar edəcək. Artıq valideynlər məcburi şəkildə övladlarına diqqəti artıracaq, onların məktəbə, sinifə daxil olmasına kimi olan halları dəqiq biləcək. Amma məsələnin digər tərəfi odur ki, iqtisadi imkaninin az olduğu valideynlər, hansılar ki, uşağının geyimi, məktəb ləvazimatı olmadığına görə dərsdən qalan şagirdə görə cərimələnməməlidirlər. Bunun üçün millət vəkilləri dərsə gedən valideynlərlə daim ünsiyyətdə olmalı, vəziyyəti düzgün qiymətləndirməlidir. Əks halda, qəbul olması nəzərdə tutulan bu layihə, sadəcə, büdcənin süni şəkildə doldurulması məqsədi daşıyacaq. Bu, nə uşağın, nə də ailənin təhsilə münasibətini dəyişməyəcək.
Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kubokunda yarımfinal həyəcanı

30 Mart 2017 09:08

Argentina Futbol Federasiyasına yeni prezident seçilib

30 Mart 2017 09:05

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 09:05

Gəncədə avtomobil qəzası:3 nəfər yaralanıb - FOTO

30 Mart 2017 09:05

45 yaşlı kişi özünü dəhlizdə asdı - Yasamalda

30 Mart 2017 09:04

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

30 Mart 2017 08:57

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:57

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32

Blanka yeni reklamda - FOTO

30 Mart 2017 07:32

ABŞ-da ağır qəza: 12 nəfər öldü

30 Mart 2017 07:28

Görünən rənglərin sayınını artıracaq

30 Mart 2017 07:27