Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində - VİDEO - FOTO

Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində - VİDEO - FOTO
23:57 3 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın sərbəst buraxdığı amerikalı tələbə öldü - VİDEO (20 İyun 2017 15:08)

Milli.Az anspress-ə istinadən bildirir ki, Qubaya yağan güclü qar rayonun Yerfi, Talış və Dərk kəndlərinə gedən yolları bağlayıb.

Sakinlərin verdiyi məlumata görə, hazırda həmin kəndlərdə qarın hündürlüyü 60 sm-i keçib. Qar yağmaqda davam edir. 

Yerfi kəndində 55, Talış kəndində 25 və Dərk kəndində isə 30 yaşayış evi var. Qubanın digər yerlərində, Qarxun, Adur, Buduq, Qrız və Xınalıq kəndlərində qarın qalınlığı 40-sm-ə qədər qalxıb. Xınalıq kəndinə gedən yol bağlıdır.

Dağlıq ərazilərdə olan 10-dan çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb. 

Bundan başqa, qar Quba-Xınalıq yolunu bağlayıb. Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov vəziyyətin kritik olduğunu bildirdi. Yolları çovğun bürüyüb. Ərazidə xidmət edən işçi qrupu və texnikanın yolun açılması işlərinə səhər saatlarında başlayacağı bildirilir.

Hazırda Quba rayonunun Qrız Dəhnə kəndindən Xınalıq istiqamətinə 6 kəndə gedən yol tamamilə bağlıdır. Avtomobillər çətinliklə də olsa gedir. Həmin kənddən yuxarıda isə yol tamamilə bağlanıb.

Bu gün saat 11 radələrindən şimal rayonlarına qar yağmağa başlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometeorologiya müəssisəsindən verilən xəbərə görə, rayonun əsasən dağ kəndlərinə qar yağmağa başlayıb. Hazırda Qusarın Ləzə, Qubanın Xınalıq, Qrız kəndlərinə güclü qar yağır. 2 gün əvvəl Qubanın Xınalıq kəndində güclü qasırğa müşahıdə olunub. Qasırğadan sonra isə qar yağacağı ilə bağlı səsələnən proqnoz özünü doğrultdu. Hazırda şimal bölgəsinə qar yağması davam edir.

Bu gün səhər saatlarından başlayaraq, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarına da güclü qar yağıb. Gəncədə isə günorta saatlarından intensivləşməyə başlayan qar, sulu qarla müşahidə olunur. Dağlıq və dağətəyi bölgələrdə isə yağıntının miqdarı daha çoxdur. Hələlik təbiət hadisəsinin hər hansı fəsada yol açması barədə məlumat yoxdur. 

Şimal-qərb bölgəsinə də qar yağıb. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən İsmayıllı- Balakən zonasına səhər saatlarından yağan ilk qar havanın da kəskin şəkildə soyumasına səbəb olub. Yüksək dağ kəndlərində havanın temperaturu 5-10 dərəcə aşağı enib. Bölgədə ən çox qar Qax rayonunun dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərinə düşüb. Səhər saatlarından yağmağa başlayan qar İlisuya gedən avtomobil yolunu örtsə də kəndə gediş-gəliş məhdudlaşmayıb.Sürücülər avtomobillərinin qışa əvvəlcədən hazırladıqlarını deyiblər. Rayon sakinləri isə, ilk qarın ruzi-bərəkət olduğunu söyləyirlər.

İlisu kənd sakinləri bu ərazinin dəniz səviyyəsindən yüksək olduğunu, tarixən hələ qış gəlməmiş bu yerlərə qarın düşdüyünü, ona görə də onların vaxtında qış tədarüklərini gördüklərini bildiriblər. Hal-hazırda yüksək dağlıq ərazilərdəki kəndlər ağ örpəyə bürünüb. Qaxın İlisu kəndində qarın qalınlığı 10, Sarıbaş kəndində isə 20 sm-dən artıqdır. 

Ərazi hidrometeorologiya idarəsindən verilən məlumata görə, bir ay əvvəl Böyük Qafqaz dağlarının cənub ətəklərinə qar düşsə də, yaşayış məntəqələrinə ilk qar bu gecə yağıb. Sulu qar bir neçə saatdan sonra qara çevrilib, havanın temperaturu isə 3-5 dərəcəyə enib. Sinoptiklər bu cür qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırılar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Bakıda və Abşeron yarımadasında da bu gündən başlayaraq, dekabrın 6-dək havaların qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı barədə xəbərdarlıq edib. Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib

24 İyun 2017 14:50

Sevda və Elnarə 10 il öncə...

24 İyun 2017 14:50

"Qarabağ" Avstriyada belə hazırlaşır - VİDEO

24 İyun 2017 14:47

Azərbaycan-Rusiya sərhədində sıxlığın aradan qaldırılmasına dair müzakirələr aparılıb

24 İyun 2017 14:47

Şəki pitisinin hazırlanma qaydası

24 İyun 2017 14:44

Miri Yusif “Eyforiya”nın ən yüksək HƏDDİNDƏ - VİDEO

24 İyun 2017 14:43

Rəqsanənin qızı gəlinlikdə - FOTO

24 İyun 2017 14:37

İsti hava can aldı

24 İyun 2017 14:36

İlk döndərilən yumşaq robot hazırlanıb

24 İyun 2017 14:35

Azərbaycan və Rusiya gömrükçüləri arasında müzakirə

24 İyun 2017 14:33

Putin kəşfiyyatdakı işindən danışdı: “Mən qeyri-leqal…”

24 İyun 2017 14:33

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

24 İyun 2017 14:32

Formula 2-nin Bakı qalibi: "Bu tras o qədər də təhlükəli deyil"

24 İyun 2017 14:27

"Qəbələ"də yeni müdafiəçi

24 İyun 2017 14:27

Sosial şəbəkədə YENİ TƏHLÜKƏ

24 İyun 2017 14:23

İnsanın buraxdığı qazlar haqqında 99 faiz heç kəsin bilmədiyi 12 fakt

24 İyun 2017 14:23

Formula 1: Colion Palmerin idarə etdiyi "Renault" bolidi sərbəst yürüş zamanı yanıb

24 İyun 2017 14:22

Məşhurlar bayramı harada qeyd edəcək?

24 İyun 2017 14:22

Leysana görə 100-dən çox evi su basdı - AZƏRBAYCANDA

24 İyun 2017 14:19

Terrorçu qruplaşmanın maliyyə rəhbəri öldürüldü

24 İyun 2017 14:17

Azərbaycana tütün idxalı illik 11% artıb

24 İyun 2017 14:12

Ürəyinizin sağlam olması üçün alça yeyin

24 İyun 2017 14:10

Bakı sakini qeyri-rəsmi övladını anasından alıb - FOTOLAR

24 İyun 2017 14:09

Bəşəriyyəti onlarla məhv edəcəklər: Beş dövlətin QORXUNC PLANLARI - VİDEO

24 İyun 2017 14:08

Formula 1 pilotlarının sonuncü sərbəst yürüşü başladı

24 İyun 2017 14:08

Surinam əsilli holland "Qəbələ"yə gəldi - RƏSMİ

24 İyun 2017 14:07

Xalq artistinin vəziyyəti ağırdır: "Həyatını itirə bilər"

24 İyun 2017 14:05

21 yaşlı oğlan gecə yarısı sevgilisi ilə qarajda gizlicə görüşdü və... - QANDONDURAN OLAY

24 İyun 2017 14:03

Bayram günlərində gömrükdə sıxlığın aradan qaldırılması müzakirə olunub

24 İyun 2017 14:01

TürkPA-da bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

24 İyun 2017 14:01

Avtomobil qaçıran yeniyetmələr qəzaya düşüb

24 İyun 2017 13:59

Avtobus şoferlərinə mini ətək geyinməyə icazə verildi

24 İyun 2017 13:59

ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI

24 İyun 2017 13:58

Qız onunla evlənmək istəməyən sevgilisini kişilikdən məhrum etdi

24 İyun 2017 13:57

"Qəbələ" klubu hollandiyalı müdafiəçi transfer edib

24 İyun 2017 13:57

"Şaxtyor"un qapıçısı "Qarabağ"da

24 İyun 2017 13:55

Mingəçevirdə 100-dən çox yaşayış evini su basıb

24 İyun 2017 13:52

Bayram Səfərovdan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: "Cəfəngiyyatdır"

24 İyun 2017 13:52

Pakistanda bir gündə 3 partlayış: ölənlərin sayı 70-ə çatıb

24 İyun 2017 13:50

Finlandiyalı turist: Yarışları izləmək üçün tamaşaçılar üçün rahat şərait yaradılıb

24 İyun 2017 13:50

Qızları daha cəlbedici göstərən dərin yarıqlı don dəbi - FOTOLAR

24 İyun 2017 13:48

"İnter" bu mərhələni adlayacaq gücdədi"

24 İyun 2017 13:47

Xalq artistinin oğlu

24 İyun 2017 13:47

Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

24 İyun 2017 13:43

Formula 2 üzrə birinci yarışın qalibi məlum oldu

24 İyun 2017 13:43

Türkiyə şəhid verdi

24 İyun 2017 13:43

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb

24 İyun 2017 13:42

Qəzaya düşən motosiklet sürücüsü öldü

24 İyun 2017 13:39

İstirahət mərkəzində kişilərə FANTASTİK İMKAN: lüt qızlar, inanılmaz əyləncə və BOL SEKS

24 İyun 2017 13:38

Şarl Lekler Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi olub

24 İyun 2017 13:37