Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kambocada 200 insanı İİV virusuna yoluxduran həkim cəzalandırılıb

Kambocada 200 insanı İİV virusuna yoluxduran həkim cəzalandırılıb

Date: 4 December 2015 05:27

Bakı. 4 dekabr. REPORT.AZ/ Kambocada 200 insanı İİV virusuna yoluxduran həkim 25 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Lisenziyasız fəaliyyət göstərən 55 yaşlı həkimi ömürlük cəza gözləsə də, lakin onun ittiham olunduğu maddə qəsdən adam öldürmədən ehtiyatsızlıqdan adam öldürməyə tövsif olunub (sonuncu cinayət üçün daha yüngül cəza nəzərdə tutulub).
"Mənim müştərim indiyə qədər günahsız olduğunda təkid edir", - həkimin vəkili hökmün oxunmasından sonra bildirib. 
Kənd həkiminin hərəkətləri ölkənin şimal-qərbindəki Battambanq əyalətində yaşayış məntəqələrinin birinin sakinlərinin İİV virusuna yoluxmasına səbəb olub. "Reuters"in verdiyi xəbərə görə, həkim şprisləri təkrar istifadə etdiyini etiraf edib, lakin virusun yayılmasına qəsdən səbəb olduğunu inkar edir.

Tags:  Kambocada 200 insanı İİV virusuna yoluxduran həkim cəzalandırılıb

RƏYLƏR


Top news