"Azəriqaz"dan təchizatla bağlı açıqlama

"Azəriqaz"dan təchizatla bağlı açıqlama
09:42 4 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Havaların soyumasına və yağmurlu keçməsinə baxmayaraq, ölkə ərazisində əhalinin mavi yanacaqla təmin edilməsində heç bir problem yoxdur.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

Şöbə rəisinin sözlərinə görə, soyuq havalarda qaza olan tələbatın artmasına baxmayaraq, qaz təchizatı tələbata uyğun ödənilir, qazın təzyiqi də norma çərçivəsindədir.

İ.Kərbəlayev qeyd edib ki, hələlik onlara qazla bağlı hər hansı qəzanın baş verməsi barədə hər hansı müraciət daxil olmayıb: "Vaxtında görülən tədbirlərin nəticəsidir ki, bu gün ölkə ərazisində qaz tələbata uyğun tam ödənilir və qaz təchizatı ilə bağlı problem yaşanmır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR