BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir

BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir
11:05 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Küveytin Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri cənab Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, rektor qonağa Ali Məktəbin tarixindən danışaraq BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını vurğuladı. O, bildirdi ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Rektor Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" sözlərinin bu Ali Məktəbdə reallaşdırıldığını dedi. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu qonağın diqqətinə çatdırdı. Rektor tədrisin ingilis dilində aparıldığını və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğuladı. Həmçinin imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirdi. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin Ali Məktəbi seçdiyini və prezident təqaüdçüsü adını qazanan BANM tələbələrinin sayının hər il artdığını dedi. E.Qasımov ümumi orta bal göstəricilərinə görə BANM-in öndə olduğunu nəzərə çatdırdı. Ali Məktəbin kampusu haqqında söz açan və kampusun layihəsi ilə qonağı tanış edən Elmar Qasımov işlərin artıq yekunlaşdığını diqqətə çatdırdı. E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson Process Management, Statoil, Schneider Electric, ABB, Halliburton və digər bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırdı. Azərbaycanın neft mühəndisliyi sahəsində 100 illik təcrübəsinin olduğunu bildirən rektor əmək bazarında rəqabətə girmək üçün keyfiyyətli kadrların hazırlanmalı oldugunu vurğuladı. O, bildirdi ki,  sözügedən şirkətlər BANM-lə çox həvəslə əməkdaşlıq edir. Elmar Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu dedi.   

Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim qəbula görə öz təşəkkürünü bildirdi. Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıya birinci dəfə gəldiyini deyən qonaq ölkəmizə heyranlığını gizlətmədi. O, ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verdi.  Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirdi. Bu məqsədlə Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə ətraflı tanış olmaq üçün BANM-i ziyarət etmək arzusunda olduğunu dedi. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək,  həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğuladı.

Görüşdə, qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.

Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşdü.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən böyük loğman - ARI

20 Avqust 2017 08:03

Putin Netanyahu ilə görüşəcək

20 Avqust 2017 07:49

Oftalmoloq Aytən Sultanova: Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

20 Avqust 2017 07:33

Yəhudilərə İspaniyanı tərk etmək çağırığı

20 Avqust 2017 07:09

Yüksək maaş verilən ölkələr - SİYAHI

20 Avqust 2017 07:03

Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlandı

20 Avqust 2017 06:33

ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

20 Avqust 2017 06:24

Ağdaşda 6 otaqlı ev yandı

20 Avqust 2017 06:09

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57