Rusiyaya böyük şok: əlindən alındı

Rusiyaya böyük şok:   əlindən alındı
11:17 4 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası dünya çempionatının təşkilatçılığını Rusiyadan alıb. Fanat.az хəbər verir ki, bu barədə IAAF-dan açıqlama verilir.

IAAF təşkilata üzvülüyü dayandırılan Rusiya Atletika Federasiyasının təşkilatçılıq hüququndan məhrum edildiyi bildirir. Yarışların hansı ölkədə keçiriləcəyi ilə bağlı qərar yanvarın 7-də veriləcək. 

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı idmançıları "dövlət dəstəyi ilə" dopinqə qarışdırmaqda ittiham etmişdi. Bu hesabatdan sonra IAAF Rusiya Atletika Federasiyasının üzvülüyünü dayandırmış, rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırmışdı. WADA isə Moskva Dopinq Nəzarət Labaratoriyasının üzvülüyünü dayandırmışdı. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rusiyaya-boyuk-ok-t45914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR