Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir
12:18 4 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
İclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olunacaq. Eləcə də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsinə dair qanun layihələri müzakirə ediləcək.
Deputatlar “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_novbeti_plenar_iclasi_kechirilir-908183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR