"Müsəlman birliyi" hərəkatının üzvünün evindən silah-sursat çıxdı

"Müsəlman birliyi" hərəkatının üzvünün evindən silah-sursat çıxdı
13:37 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"Müsəlman Birliyi" hərəkatının həbs edilmiş üzvünün evindən silah-sursat, dini ədəbiyyat götürülüb.

Milli.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs - qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun "Müsəlman birliyi" adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd "F-1" qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/387590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR