Dövlət Sosial Müdafiə Fondu Gəncədə vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu Gəncədə vətəndaş forumu keçirib
14:23 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlandı (28 Mart 2017 10:32)


Bakı, 4 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dekabrın 4-də Gəncədə regional “Açıq qapı günü - vətəndaş forumu” keçirib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran Fondun şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunması və sığorta-pensiya sistemi vasitəsilə pensiya təminatı reallaşdırılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır. 1 oktyabr 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14630 nəfər təşkil edir. Onların 60,27 faizi yaşa görə, 26,56 faizi əlilliyə görə, 13,17 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,99 faizi kişilər, 30,01 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 482,09 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.
Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə “əlavə” adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.
Təqdimatla çıxış edən Fondun əməkdaşı Azər Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.
DSMF-nin digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ

26 Aprel 2017 12:08

Prezident İlham Əliyev səudiyyəli naziri qəbul edtdi

26 Aprel 2017 12:08

"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"

26 Aprel 2017 12:05

"Hər gün onun qərarını dəyişməyə çalışıram"

26 Aprel 2017 12:05

Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

26 Aprel 2017 12:05

"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..

26 Aprel 2017 12:03

Mərkəz direktorunun müavini: "Bu il Azərbaycanda 5 886 nəfər suçiçəyinə yoluxub"

26 Aprel 2017 12:02

Uşaq bağçaları investisiya yatırmaq üçün uğurlu seçimdir - MÜSAHİBƏ

26 Aprel 2017 11:59

Azərbaycanda uşaqlar arasında təhlükəli xəstəlik yayılıb?

26 Aprel 2017 11:59

"Rabitə işi": təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib

26 Aprel 2017 11:57

Erməni hərbçisi pulemyotla özünü vurdu

26 Aprel 2017 11:57

İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir

26 Aprel 2017 11:57

"Rabitə İşi" yenə təxirə düşdü: 7-Cİ DƏFƏ

26 Aprel 2017 11:54

Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”

26 Aprel 2017 11:53

Qadının appendisitindən görün nə çıxdı...

26 Aprel 2017 11:53

Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

26 Aprel 2017 11:52

Meneceri: "Robert Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"

26 Aprel 2017 11:52

Bakıda küləyin binanın üstündən atdığı gəncin ADI BİLİNDİ

26 Aprel 2017 11:49

Sevgili axtaran müğənni ona qovuşdu - FOTO

26 Aprel 2017 11:48

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 1009 nəfər tutulub

26 Aprel 2017 11:47

Qubada müəllim oteldə məktub yazaraq damarlarını kəsib

26 Aprel 2017 11:47

"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"

26 Aprel 2017 11:47

Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

26 Aprel 2017 11:42

Məşhur müğənni anasını itirdi - FOTO

26 Aprel 2017 11:42

Maltanın "Eurovision-2017" təmsilçisi: "Azərbaycana səfər etməyi arzulayıram"

26 Aprel 2017 11:42

Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb

26 Aprel 2017 11:42

Kənan və Samirə cütlüyünüdən yeni FOTOları

26 Aprel 2017 11:42

"Aeroflot"da ancaq arıq qadınlar işləyə bilər? - FOTO

26 Aprel 2017 11:37

Rusiya Britaniyanı nüvə silahı ilə hədələdi

26 Aprel 2017 11:37

“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək

26 Aprel 2017 11:35

Fərqanə Qasımova solo konsert verəcək

26 Aprel 2017 11:34

Aktyorun evindən 1 çamadan narkotik tapıldı – FOTOLAR

26 Aprel 2017 11:33

Azərbaycanlı gəlin namizəd bikinidə - FOTO

26 Aprel 2017 11:32

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

26 Aprel 2017 11:32

Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

26 Aprel 2017 11:32

60 yaşlı məşhur polkovnik 5-ci dəfə evləndi - FOTO

26 Aprel 2017 11:29

Bakıda dəhşətli avtomobil qəzası

26 Aprel 2017 11:29

Azərbaycanda 2025-ci ildə əmtəə qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq

26 Aprel 2017 11:27

Çin səfiri: "Azərbaycan İpək Yolu regionunda əhəmiyyətli ölkədir"

26 Aprel 2017 11:27

Vasif Talıbov nazir müavinini işdən çıxarıldı

26 Aprel 2017 11:27

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var

26 Aprel 2017 11:24

Yeni dəb - Şəffaf cinslər - FOTOLAR

26 Aprel 2017 11:23

Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular - FOTO

26 Aprel 2017 11:22

Məşhur model küçəyə fərqli formada çıxdı - Başında panda maskası - FOTO

26 Aprel 2017 11:22

Bakıda qız oğlanla belə tanış olmaq istədi

26 Aprel 2017 11:22

Azərbaycanda çoban yanaraq öldü

26 Aprel 2017 11:19

Aygün Kazımovanın konsertindən görüntülər - FOTO

26 Aprel 2017 11:17

Bakıda Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi işə başlayıb

26 Aprel 2017 11:17

Salyan sakinindən nömrəsi silinmiş tapança götürülüb

26 Aprel 2017 11:17

Bakı mağazalarında ərzaq qıtlığı hökm sürür - "Platon sistemi"inə görə - FOTO

26 Aprel 2017 11:17