Rusiyanın “TVIP” şirkəti “Bakutel” sərgisində iştirakdan tam razıdır

14:48 4 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Rusiyanın “TVIP” şirkəti “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakdan tam razıdır.
Bunu AZƏRTAC-a müsahibəsində “TVIP” şirkətinin kommersiya direktoru Maksim Şarapov söyləyib. “Biz ikinci ildir ki, “Bakutel” sərgisində iştirak edirik və bu iştirakın nəticələrindən çox razıyıq. Azərbaycanda tərəfdaşlarımız arasında bizim avadanlıqlardan istifadə edən aparıcı rabitə operatorları yer alır. Biz bu nəticələrə ötənilki sərgi ilə bu sərgiyə qədər keçən müddət ərzində nail ola bilmişik. Belə ki, Azərbaycanın rabitə operatorları ilə əməkdaşlığımız danışıqlar mərhələsindən avadanlıqların təmin edilməsi mərhələsinə qədər inkişaf edib”, - deyə M.Şarapov bildirib.
Rusiyanın “TVIP” şirkəti “IPTV” və “OTT” provayderləri üçün proqram təminatının işlənib hazırlanması və avadanlıqların istehsalı sahəsində ixtisaslaşıb. Şirkətin əsas məhsul xəttinə “Linux”/“Android” operativ sistemləri əsasında işləyən yüksək rentabelli “IPTV”/“OTT” media mərkəzləri, “MPEG2”, “MPEG4” və “H.264” transkoder və enkoderləri, “IPTV”/“OTT” provayderləri üçün “Middleware” və “CAS” sistemləri daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_TVIP_sirketi_Bakutel_sergisinde_istirakdan_tam_razidir-908251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR