Bir ölkə sel sularının altında qaldı

Bir ölkə sel sularının altında qaldı
15:46 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Tamil Nadu əyalətində yağan aramsız yağışlar təbii fəlakətə yola açıb.

ANS PRESS-in məlumatına görə, fəlakət Hindistanın cənub ərazilərində müşayiət olunub. Fəlakətin görüntüləri onun miqyasının böyüklüyünü gözlər önünə sərir. Videodan da görünür ki, içərisi sərnişin ilə dolu olan bir avtobus sulara bata-bata keçir.



Ümumiyyətlə, əyalətdə son üç həftədir müşahidə edilən 280 nəfərin ölməsinə səbəb olub.

Son günlərdə davam edən şiddətli yağış nəticəsində xüsusilə Chennai şəhərinin sel suları altında qalıb, təyyarə reysləri və qatar səfərlərinin ləğv edilib, yüzlərlə insanın elektrik enerjisiz qalıb.


Hindistanda sel

Hindistan ordusu isə seldən əziyyət çəkən minlərlə vətəndaşı təxliyə etmək üçün ərazilərdə durmadan çalışır. Artıq yüzlərlə insan həmin bölgələrdən təxliyə olunub.

Hadisə ilə bağlı görüntüləri sizə təqdim edirik:





Bu bu il Hindistanaı cənginə alan ilk təbii fəlakət deyil. Belə ki, yay aylarında hökm sürən anomal istilər ölkədə yüzlərlə can almışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR