Taxıl səpinini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələr səfərbər edilib

Taxıl səpinini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələr səfərbər edilib
15:53 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 4 dekabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri 2016-cı ilin məhsulu üçün taxıl səpini kampaniyasını uğurla davam etdirirlər.
Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, bu günədək 14399 hektarda şum aparılıb, 12025,2 hektarda taxıl, o cümlədən 7753,5 hektarda buğda, 4249,7 hektarda arpa, 22 hektarda yaşıl yem üçün arpa səpilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə buğda səpilmiş sahələr 2143,8 hektar və ya 38,2 faiz çoxdur.
Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taxil_sepinini_qisa_muddetde_basa_chatdirmaq_uchun_butun_quvveler_seferber_edilib-908286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR