Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dini mərasimlərlə bağlı qaydalar sərtləşdirildi - 5000 manatadək cərimə, bir il həbs

Dini mərasimlərlə bağlı qaydalar sərtləşdirildi - 5000 manatadək cərimə, bir il həbs

Date: 4 December 2015 16:32

Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan edildi.

Trend-in məlumayına görə, "Dini etiqad azadlığı haqqında" qanuna müvafiq dəyişiklik bu gün Milli Məclisin plenar iclasında qəbul edilib.

Dəyişiklərə əsasən, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə, dəyişikliklər xaricdə təhsil alan təqribən 3 min ölkə vətəndaşının Azərbaycanda işləyə bilməyəcəyi anlamına gəlmir: "Onlar yenə də dini obyektlərdə, hətta dövlət orqanlarında işləyə bilərlər. Bu, yalnız islam ayin və mərasimlərinin keçirilməsinə aiddir".

"Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərlə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq dəyişiklik edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda dini təbliğata görə 1 ildən iki ilədək azadlıqdan məhrum ediləcək.

Bu hərəkətlər təkrarlanarsa (o cümlədən qrup halında), 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Milli.Az


Tags:  Dini mərasimlərlə bağlı qaydalar sərtləşdirildi 5000 manatadək cərimə il həbs


RƏYLƏR


Top news