Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Boeing 787-10 Dreamliner"in dizaynı tamamlanıb

"Boeing 787-10 Dreamliner"in dizaynı tamamlanıb

"Boeing 737 MAX-9" tipli təyyarənin sınaq uçuşu aprel ayında olacaq (15 Fevral 2017 04:37)

Tarix: 4 Dekabr 2015 16:33



Bakı, 4 dekabr, AZƏRTAC
"Boeing 787-10 Dreamliner"in dizaynı planlaşdırılan vaxtdan iki həftə əvvəl başa çatıb.
AZƏRTAC airporthaber.com saytına istinadla xəbər verir ki, 2016-cı ildə təyyarənin istehsalına başlanılacaq. 2017-ci ildə "Boeing 787-10 Dreamliner" ilə ilk uçuş həyata keçiriləcək. "787-10" və "787-9"un bir-birinə dizayn və quruluşca oxşarlığı istehsal prosesindəki mürəkkəbliyi, xərc və riskləri azaldacaq.
Qeyd edək ki, bu model 2014-cü ildə buraxılmış "787-9"un bir qədər uzun versiyasıdır. "Boeing 787" ailəsinin üçüncü və ən uzun üzvü bir dəfəyə 11 min 910 kilometr yol qət edir və digər təyyarələrlə müqayisədə 25 faiz az yanacaq sərf edir. İndiyədək "787-10" 9 müştəridən 164 sifariş alıb ki, bu da bütün "787"lərə edilən sifarişlərin 14 faizini təşkil edir.

Teqlər:  Boeing 787-10 Dreamlinerin dizaynı tamamlanıb



RƏYLƏR


Top xəbərlər