Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müasir İncəsənət Muzeyində heykəltəraş–rəssam Fərəc Rəhmanovun fərdi sərgisi açılacaq

Müasir İncəsənət Muzeyində heykəltəraş–rəssam Fərəc Rəhmanovun fərdi sərgisi açılacaq

Date: 4 December 2015 16:38


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 9–dan 25-dək Müasir İncəsənət Muzeyində heykəltəraş–rəssam Fərəc Rəhmanovun “Moon is burning” adlı fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunacaq.
“Moon is burning” sərgisi görünməz problemin hissiyyatlı insanlara göstərdiyi təsirə həsr olunub. Bədirlənmiş ayın insanlara necə təsir göstərməsi sualı bəşəriyyəti çox əsrlərdir ki, maraqlandırır. Sərginin ekspozisiyasında təqdim etdiyi əsərlərində Fərəc Rəhmanov bədirlənmiş ay göründüyü zaman insanlarda yaranan daxili narahatlıq, artan psixi həssaslıq hisslərini araşdırır.
Qeyd edək ki, Fərəc Rəhmanovun yaradıcılıq diapazonu özündə eklektik şəkildə heykəl, instalyasiya və qarışıq texnikada olan əsərləri cəmləşdirir. Akademiyada yiyələndiyi akademizm və realizm qanunlarını qıraraq, digər reallıq yaratmaq arzusu ilə Fərəc Rəhmanovun formaları deformasiya edir. Onun işləmə üslubu ekspressiv və emosionaldır. Yaradıcılığında tematik faktor aparıcıdır. Ona forma və məzmun, texnika və materiallar tabe olur. Sadə və ümumiləşdirilmiş obrazlı stilizələr təkrarolunmaz təsir gücünü bəxş edərək mistik səciyyə alır.

Tags:  Müasir İncəsənət Muzeyində heykəltəraşrəssam Fərəc Rəhmanovun fərdi sərgisi açılacaq


RƏYLƏR


Top news