Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq forumda əmək müqavilələrinin e-qeydiyyat sistemi ilə bağlı Azərbaycanın təcrübəsinin yayılması təklif edilib

Beynəlxalq forumda əmək müqavilələrinin e-qeydiyyat sistemi ilə bağlı Azərbaycanın təcrübəsinin yayılması təklif edilib

Date: 4 December 2015 17:03


Bakı, 4 dekabr, AZƏRTAC
İtaliyanın Turin şəhərində “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid” mövzusunda təşkil olunan Qlobal Forumda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin qeyri-formal iqtisadiyyatın məhdudlaşdırılması sahəsində Azərbaycan təcrübəsi (Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi) ilə bağlı təqdimatı olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan və planetin bütün qitələri üzrə 20 ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə ölkəmizdə ötən ilin ortalarından etibarən tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə ətraflı məlumatlar verilib. Bu yeni sistemin ölkənin əmək bazarına daha çevik və obyektiv, səmərəli nəzarətin həyata keçirilməsində, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək bazarı ilə bağlı dolğun informasiya bazasının formalaşmasında mühüm vasitə olduğu diqqətə çatdırılıb. Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sisteminin qeyri-leqal məşğulluğun aşkarlanaraq qarşısının alınmasında, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının bərpa olunmasında xüsusi üstünlükləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.
Forumun təşkilatçıları və iştirakçıları tərəfindən Azərbaycanda bu sahədə görülən işlər mütərəqqi təcrübə kimi maraqla qarşılanıb və bu məlumatlar iştirakçı ölkələrə təqdim olunmaq üçün tədbirin yekun hesabatına daxil edilib. BƏT rəsmiləri tərəfindən Azərbaycanın əmək müqavilələrinin elektron qeydiyyatı sistemi təcrübəsinin səmərəli olduğu və bu təcrübənin yayılması üçün BƏT-in texniki dəstək verməyə daim hazır olduğu vurğulanıb.

Tags:  Beynəlxalq forumda əmək müqavilələrinin e-qeydiyyat sistemi ilə bağlı Azərbaycanın təcrübəsinin yayılması təklif edilib


RƏYLƏR


Top news