Bakı, 4 dekabr, AZƏRTAC
"PAŞA Həyat" sığorta şirkəti müştərilərə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəltmək məqsədi ilə "Çağrı Mərkəzi"nin əməkdaşları üçün iki günlük təlim keçib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Müştəri yönümlü yanaşma və satış bacarıqlarının əsasları" mövzusunda təşkil olunmuş təlimdə iştirakçılara uğurlu xidmət üçün vacib olan əsas davranış formaları, daxili və xarici müştəri məmnuniyyəti haqqında geniş məlumat verilib, müştəriyə istiqamətlənmənin inkişafı üzrə dünya təcrübəsi, eləcə də satış bacarıqlarının inkişaf etdirilməsi metodları izah edilib.