“Azərikimya” İB-də qanvermə aksiyası keçirilib

“Azərikimya” İB-də qanvermə aksiyası keçirilib
17:38 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 4 dekabr, AZƏRTAC
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində 2010-cu ildən bəri davamlı olaraq keçirilən qanvermə aksiyasına növbəti dəfə start verilib.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibbi briqada iki gün ərzində 250 nəfərə yaxın kimyaçıdan qan götürüb. Yığılan qan ehtiyatı qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerikimya_IB_de_qanverme_aksiyasi_kechirilib-908350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR