Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabir Rüstəmxanlının imza günü keçiriləcək

Sabir Rüstəmxanlının imza günü keçiriləcək

Date: 4 December 2015 18:05

"Nargis Fund" Sizi 1-31 dekabr tarixlərində "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

6 dekabrda saat 11.00-dan 13.00-dək yarmarkada 2 saylı uşaq evinin sakinləri üçün möhtəşəm gün təşkil olunacaq. Onları DJ AX-ın, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın, sehrbaz Anarın, Uşaq musiqi kollektivinin,"Jam SS" rəqs məktəbindən Nərminə Əsədovanın "Baby class" və "Junior class" qruplarının iştirakı ilə maraqlı şou - proqram gözləyir. Uşaqlar karuseldə əylənəcəklər və Aynur xanım tərəfindən onlara feys-art ediləcək. Daha sonra onları "Nargis Fund" tərəfindən təşkil olunmuş nahar gözləyir.

Saat 18.00-19.00-dək yarmarkamızın "Qanun" Nəşriyyat Evində Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının imza günü keçiriləcək.

Axşam saat 19.00-dan 22.00-dək isə şəhər sakinləri və qonaqlar üçün əyləncəli proqram nümayiş olunacaq. Seyran Babayevin aparıcılığı ilə keçiriləcək şou-proqramda DJ Chris Taylorun, Aqşin Abdullayevin, Aysel Məmmədovanın, DiHay-ın və DJ V-nin çıxışları yer alacaq.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az



Tags:  Sabir Rüstəmxanlının imza günü keçiriləcək



RƏYLƏR


Top news