Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Komtel” şirkəti Azərbaycanın şəbəkə rabitəsi operatorlarının hamısı ilə fəal əməkdaşlıq edir

“Komtel” şirkəti Azərbaycanın şəbəkə rabitəsi operatorlarının hamısı ilə fəal əməkdaşlıq edir

Date: 4 December 2015 18:13


Bakı, 4 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Türkiyənin “Komtel” şirkəti dördüncü dəfədir ki, “Bakutel” sərgisində iştirak edir. Şirkət binalar daxilində mobil rabitə operatorunun şəbəkə siqnalının genişləndirilməsi və yayılması üçün istifadə olunan “IBS” (“In Building Systems”) sistemləri üzrə ixtisaslaşır.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisində iştirak edən şirkətin layihə meneceri Cemal Karaca məlumat verib.
O bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın şəbəkə rabitəsi operatorlarının hamısı ilə fəal surətdə əməkdaşlıq edir.
Şirkətin “DAS” (paylaşdırılmış antena) sistemləri bu gün Bakı şəhərində, eləcə də bir sıra regionlarda bir çox inşa edilmiş binalarda istifadə olunur.
Onların arasında “JW Marriott” Absheron”, “Fairmont” və “Jumeirah Beach Bilgah” otelləri, “Crystal Hall” konsert zalı və digər iri idman obyektləri, “Port Baku”, “Metro Park” və digər bu kimi ticarət-əyləncə mərkəzləri, tibbi klinikalar, biznes mərkəzləri, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, Qəbələdə “Qafqaz” otellər şəbəkəsi və bir sıra digər obyektlər var.

Tags:  Komtel şirkəti Azərbaycanın şəbəkə rabitəsi operatorlarının hamısı fəal əməkdaşlıq edir


RƏYLƏR


Top news