Prezidentlərin görüşünün vaxtı açıqlandı

Prezidentlərin görüşünün vaxtı açıqlandı
18:16 4 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın ortalarında keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Belqradda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı məsələ dekabrın 3-də ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçirilən görüşdə müzakirə olunub.

İlham Əliyevlə Serj Sarkisyanın görüşünün dəqiq vaxtının bilinmədiyini deyən E.Nalbandyan bildirib ki, görüş böyük ehtimalla dekabrın ortalarında baş tutacaq.

Bundan əvvəl isə xəbər yayılmışdı ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.

Ermənistan mətbuatı yazırdı ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq. Tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinin müzakirəsini davam etdirəcəklər.


Edvard Nalbandyan - Ermənistanın xarici işlər naziri

Dekabrın 1-də görüşün keçirilməsi ilə bağlı yayılan xəbərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da münasibət bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşü barədə qərar hələ qəbul olunmayıb.

Novruz Məmmədov bildirib ki, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır.

N.məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminlik olarsa, görüş baş tuta bilər.

“ATƏT-in Minsk qrupunun həmsədrləri belə görüşü cari ildə təşkil etməyə çalışırlar. Belə görüş baş tutsa, biz görüşdən bir neçə gün əvvəl məlumat verməyə çalışacağıq. Bu gün konkret heç nə deyə bilmərəm”.


Novruz Məmmədov - Prezident Administrasiyası rəhbərinin müavini

PA rəsmisi bəyan edib ki, Dağlıq qarabağ münaqişəsinin nizamlanması üzrə bütün danışıqların mahiyyəti bundan ibarətdir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR