Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bank maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər

Bank maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər

Date: 4 December 2015 18:23


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı "Unibank" Akademiyası və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Bank maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər" mövzusunda dördgünlük seminar keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminara məruzəçi qismində "The New School" Universitetinin maliyyə, investisiya bankçılığı, idarəetmə və liderlik üzrə 20 ildən çox təcrübəyə malik professoru Charles H. Allison dəvət olunub. Seminarın keçirilməsində əsas məqsəd maliyyə sabitliyi, böhran şəraitində effektiv maliyyə idarəetməsi və bu sahədə beynəlxalq təcrübə haqqında bankların rəhbər şəxslərinin məlumatlandırılması və mövcud problemlərin müzakirə edilməsidir.
Harvard Biznes Universitetinin metodologiyası əsasında keçirilən seminarda Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın bankın nümayəndələri və digər maliyyə qurumlarının əməkdaşları iştirak ediblər. Professorun tədris metoduna uyğun olaraq iştirakçılar Canvas - Bilik İdarəetmə Sistemi vasitəsilə iri maliyyə institutlarının böhran şəraitində üzləşdiyi çətinliklərə dair nümunələrlə tanış olub, müvafiq tapşırıqları yerinə yetirib və ünsiyyət formalaşdırıblar. Seminar hər gün iki növbə olmaqla müxtəlif mövzular ətrafında interaktiv müzakirələrlə davam edib.




Tags:  Bank maliyyə institutlarının idarə edilməsi uğursuzluqlar perspektivlər



RƏYLƏR


Top news