Şəkinin ətraf aləmlə əlaqəsi kəsildi

Şəkinin ətraf aləmlə əlaqəsi kəsildi
18:42 4 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Şəkiyə qarın yağması problemsiz ötüşmədi. Şəhərin bir çox küçələrində telefon xətləri qarın ağırlığına tab gətirmədi, bəzi məhəllələrdə isə elektrik transformatorları bu sınaqdan üzü ağ çıxmadı.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, ötən gün Şəkiyə yağan güclü qar bir çox fəsadlar törədib. Rayonda qar, əsasən, elektrik və telefon xətlərinə ziyan vurub. Kəndlərdə  elektrik dirəklərinin aşması, naqillərin qırılması səbəbindən 20-dən çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Şəki Elektrik Şəbəkədən bildirilib ki, problemin tezliklə həll olunması üçün artıq qəza briqadaları işə başlayıb. Hava şəraiti imkan verərsə, enerji verilişində yaranmış problemlər günün sonuna kimi aradan qaldırılacaq.

Qarın yağması Şəkidə ən çox telefon xətlərinə ziyan vurub. Rayon ərazisində 25-dən çox telefon dirəyi aşıb, 200-ə yaxın abunəçinin telefon xətti qırılaraq sıradan çıxıb.

Güclü qar yağması səbəbindən dağ kəndlərinə və digər rayonlara gedən yollarda avtomobillərin hərəkəti çətinləşib. Problemlərin aradan qaldırılması istiqamətində əlaqədar qurum tərəfindən ötən gecədən yollarda təmizlik işləri aparılır. Yol polisi də sürücüləri diqqətli olmağa çağırıb.

Qeyd edək ki, yağıntılı hava şəraiti şimal-qərb bölgəsində 6 dekabr tarixinə qədər davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR