Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib

Date: 4 December 2015 18:48


Quba, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Bu barədə AZƏRTAC-a Quba 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. Sahə rəisi bildirib ki, gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları və canlı qüvvəsi saat 17 radələrində yolu tamamilə qardan təmizləməyə müvəffəq olublar.
Bununla da həmin istiqamətdə yerləşən 9 kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.

Tags:  Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib


RƏYLƏR


Top news