Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli” neft yatağında güclü yanğın başlayıb

“Günəşli” neft yatağında güclü yanğın başlayıb

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
“Səadan” yatağında yeni quyu istismara verilib (14 Mart 2017 12:02)
“Neft Daşları” yatağında yeni quyu qazılır (13 Mart 2017 15:42)

Tarix: 4 Dekabr 2015 20:24

Yanğının qaz sızmasından başladığı bildirilir

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb.

 

SOCAR-dakı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, “Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

 

Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

 

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

 

Platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

 


Teqlər:  Günəşli neft yatağında güclü yanğın başlayıb



RƏYLƏR


Top xəbərlər