Yararsız ət satanlar niyə çoxalır? - VİDEO

Yararsız ət satanlar niyə çoxalır? - VİDEO
21:27 4 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Tonlarla yararsız əti sataraq insanların sağlamlığına ziyan vururlar, bu hal aşkar edildikdə isə cəmi 25-150 manat arasında cərimə ödəyib məsuliyyətdən xilas olurlar. Ancaq yaxın gələcəkdə qanunsuz ət tacirlərinin cəzaları sərtləşdiriləcək.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir neçə gün əvvəl Bakıda 5, Bərdədə isə 20 ton mənşəyi bəlli olmayan ət aşkarlandı. Bundan əvvəl isə il ərzində 2 ton mal, qoyun, donuz əti və 6 ton həmin heyvanların daxili orqanları aşkarlanaraq zərərsizləşdirilib. Sadalanan rəqəmlər ət məhsullarından zəhərlənmə və ya xəstəliklərə tutulma riskini gündəmə gətirir. Yəni ət alanlar qanunsuz ət tacirlərinin qurbanına çevrilməkdən sığortalanmayıb.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov belə halların təkrarlanacağı halda inzibati cəzaları bir kənara qoyub cinayət məcəlləsi çərçivəsində tədbirlər görüləcəyini deyir. Dövlət Baytarlıq Nəzərəti Xidmətindən isə bildirilir ki, əsas cəza və cərimələrin həddən artıq aşağı olmasıdır. Qanunsuz, mənşəyi bilinməyən ət satanlar aşkarlanarsa cəmi 25-150 manat arasında cərimə olunurlar. Halbuki, onların satdığı ətdən yüzlərlə, minlərlə insan zəhərlənə bilər.

Cəzaların sərtləşdirilməsi ilə bağlı yeni təkliflər artıq aidiyyatı qurumlara göndərilib. Cərimələrin yuxarı həddi 3500 manat müəyyən edilib. Təkliflərin qısa zamanda qəbul edilərək icraya yönləndirilməsi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR