Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çörək maşınında heyvan cəmdəyi aşkarlandı (VİDEO)

Çörək maşınında heyvan cəmdəyi aşkarlandı (VİDEO)

Date: 5 December 2015 04:26

Kürətrafı rayonlardan birində çörək daşınan maşında ölü olaraq iribuynuzlu heyvan tapılıb. İlkin araşdırmalarla məlum olub ki, başı kəsilmiş ölü inək kəndlərdən birində satışa çıxarılması məqsədilə gətirilibmiş.

ANS TV-nin məlumatına görə, Ağstafada çörək maşının içində ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Bu fakt rayonun Poylu kəndində qeydə alınıb.

Heyvan cəmdəyi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən aparılan reyd zamanı aşkarlanıb.

Cəmdəyə mütəxəssis baxışı zamanı məlum olub ki, heyvan öldükdən sonra onun başı kəsilib və onun cəmdəyi satış üçün nəzərdə tutulub.

Ağstafa rayon polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə yandırılaraq zərərsizləşdirilib.

Faktla bağlı isə araşdırmaya başlanılıb.

Dövlət baytarlıq nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, bu fakt rayon sakinlərindən birinin verdiyi məlumat əsasında aşkarlanıb:

“Bir daha iş adamların diqqətinə çatdırıram ki, respublikada yaşayan insanları xəstə və ya ölmüş heyvanlarla qidalanmasına yol verməsinlər. Əgər növbəti dəfə belə bir hal aşkar edilərsə, onda buna həm hüquqi qiymət veriləcək, həm də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq ediləcək”.

Belə ki, çörək maşınında murdar olmuş heyvanın ətini satış üçün aparan sürücü hadisə yerindən qaçıb.

Hazırda onun tapılması istiqamətində əməliyat aparılır.


Tags:  Çörək maşınında heyvan cəmdəyi aşkarlandı VİDEO


RƏYLƏR


Top news