Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıt gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar

Sumqayıt gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar

Date: 5 December 2015 07:53


Sumqayıt, 5 dekabr, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirici görüş keçirilib. “Narkotiksiz gənclik” devizi altında keçirilən görüş Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Görüş iştirakçıları əvvəlcə Baş İdarənin təqdim etdiyi, narkomaniyanın ağır fəsadlarını əks etdirən “Narkomaniya bəşəriyyətin bəlasıdır” filmini izləyiblər. Sonra Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Ceyhun Hüseynov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlətin apardığı siyasətdən və şəhərdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, cari ildə Baş İdarə tərəfindən aidiyyətı dövlət qurumları ilə birgə şəhərin 33 orta ümumtəhsil və 8 ali, orta-ixtisas, peşə liseylərində, habelə məhəllə və mikrorayonlarında gənclərlə silsilə xarakterli maarifləndirici görüşlər keçirilib və təlimlər təşkil olunub.
Sumqayıt rayonlararası Narkoloji Dispanserin həkimi Anar Cəlili çıxışında narkomaniyanın doğurduğu fəsadlardan, insan orqanizminə zərərindən və ona qarşı aparılan mübarizədən, müalicə-profilaktikası istiqamətində görülən işlərdən danışaraq hər kəsi bəşəriyyətın bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səsləyib.
Tədbirdə çıxış edən gənclər vətəndaş cəmiyyətinin narkomaniyaya qarşı mübarizə sahəsində dövlətin apardığı siyasətə dəstəyinin vacib olduğunu bildirib, belə maarifləndirici görüşlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Baş İdarənin “Narkotiksiz gənclik” mövzusunda hazırladığı bukletlər iştirakçılara paylanılıb.


Tags:  Sumqayıt gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar


RƏYLƏR


Top news