Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb. Yanğın zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüb.
Milli.Az