Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb

Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb
09:05 5 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az report-a istinadən bildirir ki, odlu silahla silahlanmış naməlum kişi Melburndakı kafedə ən azı iki nəfəri girov götürüb. Bu barədə "Daily Mail Australia" nəşri məlumat yayıb.

Yerli polisin məlumatında bildirilir ki, bu hadisəni terror aktı hesab etmək üçün hələlik elə bir əsas yoxdur. İlkin rəyə görə, girov götürülənlər və onları saxlayan şəxs tanışdırlar.
Kafenin ətrafı mühasirəyə alınıb. Mütəxəssislər silahlı şəxslə danışıqları davam etdirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR