Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş iş yeri çıxarılıb

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş iş yeri çıxarılıb

Naxçıvan MR-in Konstitusiyasında dəyişikliklər ediləcək (21 Fevral 2017 09:13)
Naxçıvan Ali Məclisinin beşinci sessiyası çağırılıb (21 Fevral 2017 08:37)
Naxçıvan Ali Məclisinin beşinci sessiyası çağırılıb (21 Fevral 2017 02:02)

Tarix: 5 Dekabr 2015 12:03


Naxçıvan, 5 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyəti barədə danışıblar.
Bildirilib ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 47 təşkilatdan 466 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikada, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də söz açaraq, bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd ediblər.
Məlumat verilib ki, ötən il Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 205 nəfər sakin müxtəlif işlərə göndəriş alıb.
Sonra işaxtaran vətəndaşlar yarmarkada onlara təqdim olunan iş yerləri ilə tanış oldular.
Tədbirdə 20 nəfərə işə göndəriş verilib.

Teqlər:  Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş yeri çıxarılıb



RƏYLƏR


Top xəbərlər