Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikin yarısı işıqsız qalıb - FOTO

Lerikin yarısı işıqsız qalıb - FOTO

Date: 5 December 2015 12:52

Ötən gün axşam saatlarından başlayaraq Lerik rayonuna güclü qar yağıb. Rayon mərkəzində qarın qalınlığı 40, ucqarlarda 50-60 sm-ə çatır.

Milli.Az CTV-yə istinadən bildirir ki, səhər saatlarında qarın dayanması və havanın günəşli olması nəqliyyatın hərəkətini yüngülləşdirib. Respublika əhəmiyyətli Lənkəran-Lerik və kənd arası yollar açıqdır.  Amma düşən güclü qar rayonun enerji təsərrüfatını iflic vəziyyətinə salıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb, dirəklər yıxılıb. Bu səbəbdən də dünən axşam saatlarından rayonun 90% enerjisiz qalıb. Müəyyən ərazilərə enerji verilişi bərpa olunsa da, rayondakı yaşayış məntəqələrinin 50%-i hələ də işıqszdır.

Milli.Az








Tags:  Lerikin yarısı işıqsız qalıb FOTO


RƏYLƏR


Top news