Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" 7 tur uduzmayan "İnter"ə qarşı

"Qarabağ" 7 tur uduzmayan "İnter"ə qarşı

Date: 5 December 2015 13:37

Sabah Topaz Premyer Liqasında XV tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun qarşılaşmaları iki gün ərzində keçiriləcək.

Əsgər Abdullayevin gəlişindən sonra yüksəlişdə olan "Neftçi" debütant "Zirə"ni qəbul edəcək. O "Zirə" ki, mövsümə uğurlu başlasa da, son vaxtlar qeyri-stabil çıxışla diqqət çəkir. Bu qarşılaşmada "Neftçi"yə qələbə daha çox lazımdır. Çünki bu halda Əsgər Abdullayevin yetirmələri turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan rəqibi ilə aradakı xal fərqini 2-yə endirmiş olacaq. Üstəlik, "Zirə"nin ilk dövrədəki qələbəsini də unutmaq olmaz. "Neftçi" həm də revanşı almaq üçün meydançaya çıxacaq. Adil Şükürovun komandası isə səfər sindromunu qırmağa çalışacaq. Son 4 səfər matçında qələbə üzü görməyən paytaxt təmsilçisi axırıncı dəfə sentyabrın 27-də Lənkəranda 3 xal əldə edib.

Eyni anda həm də Avropa Liqasında mübarizə aparan "Qəbələ"ni o qədər də ağır sınaq gözləmir. "Qırmızı-qaralar" autsayderlər zonasında qərarlaşan "Xəzər Lənkəran"ın qonağı olacaqlar. Premyer Liqada 6 oyunluq (5 heç-heçə, 1 məğlubiyyət) qələbəsizlik seriyası olan Roman Qriqorçukun komandası ölkə kubokunda "Mil-Muğan"la görüşdə (7:0) yüksək əhval-ruhiyyəni geri qaytardı. Düzdür, "Xəzər Lənkəran" da kubokda mübarizəni davam etdirir. Lakin "Kəpəz"lə matçda gənc futbolçular çox güc sərf ediblər və güclü rəqib önünə yorğun halda çıxacaqlar. "Ağ-yaşıllar" sürpriz edə bilsələr, 3 oyunluq məğlubiyyət seriyasına son qoymuş olacaqlar.

Turun mərkəzi oyunu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Premyer Liqanın lideri "Qarabağ" ən yaxın izləyicisi "İnter"i qəbul edəcək. Gələn həftə Avropa Liqasında "Anderlext"lə vacib matça çıxacaq Ağdam klubunda bir neçə aparıcı oyunçunun sabah dincəlməsi istisna deyil. Üstəlik, komandada bir neçə itki də var. Həmçinin "İnter" də zədəli və cəzalı oyunçuların çoxluğundan əziyyət çəkir. Maraqlıdır ki, "Qarabağ" son 20 qarşılaşmada "İnter"ə cəmi 1 dəfə uduzub. Amma eyni zamanda ağdamlılar axır 5 görüşdə 1 dəfə qələbə qazanıblar. "İnter" isə 8 ildi səfərdəki 13 matçda rəqibinə qalib gələ bilməyib. "Qarabağ" "Neftçi"yə ötən turdakı məğlubiyyətin əvəzini digər paytaxt təmsilçisindən çıxmağa çalışacaqsa, "bankirlər" də çempionatda 7 oyunluq məğlubiyyətsizlik (2 qələbə, 5 heç-heçə) seriyasını davam etdirmək üçün meydana çıxacaqlar. Maraqlıdır ki, paytaxt klubu sonuncu dəfə VII turda məhz "Qarabağ"a (0:2) uduzub.

Dekabrın 7-də öncə meydana "Sumqayıt"la "Kəpəz" çıxacaq. Mövsümə uğurlu start götürən "Kəpəz" son vaxtlar heç də özünə bənzəmir. Premyer Liqada 3 turdu qələbə üzü görməyən gəncəlilər ölkə kubokunda da artıq mübarizəni dayandırıblar. Turnir cədvəlində V pilləyə qədər enən "Kəpəz" bu uğursuz gedişata Sumqayıtda son qoymağa çalışacaq. Həmçinin "Sumayıt" da 4 turdur (2 heç-heçə, 2 məğlubiyyət), qalib gələ bilmir. Diqqətçəkən məqam bu komandalar arasında indiyə qədər keçirilən görüşlərin heç birində meydan sahibinin uduzmamasıdır. "Gənclik şəhəri" təmsilçisi isə, ümumiyyətlə, Sumqayıtda indiyə qədər "Kəpəz"ə xal verməyib.

Turun son matçında autsayderlər üz-üzə gələcəklər. Bəhmən Həsənovun gəlişindən sonra yüksəlişdə olan və son 3 görüşdə 7 xal toplayan "Rəvan" bu seriyanı davam etdirmək istəyir. "Rəvan" evində qələbə qazana bilsə, rəqibi ilə xal fərqini aradan qaldıracaq və turnir cədvəlinin sonuncusu olmaqdan qurtulacaq.

Topaz Premyer Liqası

XV tur

6 dekabr

16:00. "Neftçi" - "Zirə"

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
8-ci km qəsəbə stadionu

16:00. "Xəzər Lənkəran" - "Qəbələ"
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Xəzər Lənkəran" mərkəzi stadionu

18:30. "Qarabağ" - "İnter"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev 
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Gülağa Cabarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
 

7 dekabr

20:00. "Rəvan" - AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bayıl Arena"

17:00. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
"Kapital Bank Arena"

1

Qarabağ

14

10

2

2

24-9

32

2

İnter

14

6

6

2

12-8

24

3

Zirə

14

6

6

2

14-11

24

4

Qəbələ

14

6

6

2

22-10

24

5

Kəpəz

14

5

5

4

15-14

20

6

Neftçi

14

5

4

5

16-15

19

7

Sumqayıt

14

2

6

6

13-19

12

8

Xəzər Lənkəran

14

3

3

8

10-19

12

9

AZAL

14

3

3

8

8-17

12

10

Rəvan

14

2

3

9

9-21

9

Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 6 qol, Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter") - 5 qol

Milli.Az


Tags:  Qarabağ tur uduzmayan İnterə qarşı


RƏYLƏR


Top news