Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT imtahanı keçirib
15:08 5 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanı keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında başlanıb və 3 saat 45 dəqiqə davam edib (fasilələr nəzərə alınmayaraq).
İştirakçılara normal imtahan şəraiti yaradılıb və imtahan təlimata uyğun aparılıb.
İmtahanın nəticələri dekabrın 23-də iştirakçıların “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebe_Qebulu_uzre_Dovlet_Komissiyasi_SAT_imtahani_kechirib-908584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR