Azərbaycan və Litva arasında İKT sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

15:28 5 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə E.Vəlizadə Litva tərəfinə, o cümlədən təmsilçi şirkətlərə hər il “Bakutel”də fəal iştiraklarına və sərgiyə göstərdikləri marağa görə minnətdarlığını ifadə edib. Nazir müavini tərəflər arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb və bu istiqamətdə müvafiq addımların atılması zərurətindən danışıb.
V.Lastauskas nüfuzlu və beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın uğurlu təşkilatçı qismində çıxış etdiyini diqqətə çatdırıb. Xüsusən “Bakı-2015” birinci Avropa Oyunlarını xatırladan diplomat orada ən müasir texnoloji həll və vasitələrdən istifadə olunduğunu vurğulayaraq, bu imkanları texnologiya möcüzəsi adlandırıb. Səfir əməkdaşlığın yeni istiqamətlərinin genişləndirilməsi üçün səylərin gücləndiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra Azərbaycan bazarına maraq göstərən, özündə 200-dən artıq şirkəti cəmləşdirən “İnfobalt” Assosiasiyasının nümayəndəsi təqdimatla çıxış edib və əməkdaşlıq sahələri barədə məlumat verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Litva_arasinda_IKT_sahesinde_emekdasligin_yeni_istiqametleri_muzakire_olunub-908596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR