Astara Məşğulluq Mərkəzinə müraciət etmiş işaxtaranlardan 234-ü işlə təmin olunub

Astara Məşğulluq Mərkəzinə müraciət etmiş işaxtaranlardan 234-ü işlə təmin olunub
18:28 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da sosial tərəfdaşların məşğulluq xidmətində rolu ilə bağlı məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Astara Məşğulluq Mərkəzinin direktoru Zeydulla Şükürov və rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Firudin Əhmədov mövzu ilə bağlı çıxış ediblər.
Bildirilib ki, qeyri-məşğul əhalinin münasib işlə təmin olunması, əmək bazarının tənzimlənməsi, səmərəli məşğulluq sisteminin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir.
Diqqətə çatdırılıb ki, bu il Astara Məşğulluq Mərkəzinə müraciət etmiş 315 nəfər işaxtaran qeydiyyata alınıb. Onlardan 234 nəfəri işlə təmin olunub.
Müzakirələr zamanı əsas diqqət işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən məşğulluq tədbirlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işsiz vətəndaşlar üçün kvota yerlərinin müəyyənləşdirilməsi, onların işlə təmin edilməsi məsələlərinə yönəlib.
Tədbirdə, həmçinin dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri diqqətə çatdırılıb. Bu tədbirlərin sosial tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.
“Dəyirmi masa”da iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astara_Mesgulluq_Merkezine_muraciet_etmis_isaxtaranlardan_234_u_isle_temin_olunub-908629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR