Qar uçqunu xəbərdarlığı

Qar uçqunu xəbərdarlığı
18:32 5 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

RTV (Region TV) xəbər verir ki, qış fəslində şimal regionunda ən təhlükəli yollarından hesab olunan Quba-İspik-Xınalıq avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Meşə və qayalıq ərazidən keçən bu yolda qış fəslində avtomobillərin hərəkətində çətinliklər hər zaman müşahidə olunub.

Yolun açılması heç də bütün avtomobillərin sərbəst hərəkət etməsi demək deyil. Əraziyə xidmət göstərən 6 saylı Quba Yİİ-nin sahə rəisi Bilal Sultanov bildirir ki, yolda təhlükə qalmaqdadır. Xüsusilə yolun bəzi ucqar dağlıq ərazilərdən keçən hissəsində qar uçqunu ola bilər. Bunun üçün sürücülər diqqətli olmalı, axşam saatlarında yoldan mümkün qədər istifadə etməməlidirlər.

Qarlı hava şəraiti ilə əlaqədər, Quba-İspik-Xınalıq avtomobil yolunda briqadalar fəaliyyət göstərir. Yolun kənarlarına kifayət qədər qum-duz qarışığı toplanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR