Malayziyada İŞİD-lə əlaqədə şübhəli bilinən beş nəfər həbs olunub

Malayziyada İŞİD-lə əlaqədə şübhəli bilinən beş nəfər həbs olunub
18:58 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Kuala Lumpur, 5 dekabr, AZƏRTAC 
Malayziyada terrorçuluq fəaliyyəti ilə məşğul olan, eyni zamanda, İŞİD ekstremist qruplaşması ilə əlaqədə şübhəli bilinən beş nəfər həbs edilib. Bu barədə ölkənin polis rəisi Xalid Abu Bakarın dekabrın 5-də mətbuat üçün yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, həbs edilənlər arasında dörd nəfər əcnəbi var və onlardan biri müəllim işləyən 44 yaşlı avropalıdır. Məlumatlara əsasən, “Əl Kaidə”nin üzvü olan həmin şəxs Əfqanıstanda və Suriyadakı hərbi əməliyyatlarda ekstremistlərin tərəfdarı kimi iştirak edib.
Polis rəisinin bildirdiyinə görə, həbs edilənlərdən daha biri 29 yaşlı afrikalı yerli ali məktəblərdən birində təhsil alırmış. Digər üç nəfər isə İŞİD-in tərkibinə daxil olan özək təşkilatın üzvləridir. Onların arasında olan 31 yaşlı indoneziyalı Malayziya vətəndaşlarını İŞİD-in tərəfinə cəlb etməklə məşğul imiş.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyada_ISID_le_elaqede_subheli_bilinen_bes_nefer_hebs_olunub-908647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR