Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Rəşad Aslanov etimadnaməsini Argentina prezidentinə təqdim etdi (27 Mart 2017 19:17)
Xarici Kəşfiyyat Xidməti rəisinin müavini təltif edildi - SƏRƏNCAM (27 Mart 2017 18:44)
Mazut gömrük rüsumundan azad edildi (26 Mart 2017 14:08)

Tarix: 5 Dekabr 2015 20:18


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701; 2014, № 6, maddə 620; 2015, № 2, maddə 93; Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1340-IVQD nömrəli Qanunu) 18-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci bəndlər əlavə edilsin:
“3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2015-ci il.

Teqlər:  Azərbaycan Respublikasının vətəndaşlığı haqqında  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu



RƏYLƏR


Top xəbərlər