Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacıtəpəni su basıb - FOTO

Hacıtəpəni su basıb - FOTO

Date: 5 December 2015 20:37

Dekabrın 4-də Masallının Hacıtəpə kəndindən keçən Alqobu çayı daşıb evlərə, təsərrüfatlara ziyan vurub.

Bu barədə AzadlıqRadiosuna danışan kənd sakini Rüfət Baxışbəyli deyir ki, son bir ayda çay ikinci dəfə daşıb: "Çaya yaxın evlər, əkin sahələri, tövlə su altında qalıb. Səhər çayın səviyyəsi düşsə də, qalıq sular qalıb. Taxıl sahəsinin bir gün su altında qalması da, bilirsiniz ki, nə deməkdir".

Rüfət Baxışbəylinin sözlərinə görə, Alqobunun tez-tez daşmasına səbəb çay yatağının təmizlənməməsidir. Sovet dövründə yataq mütəmadi təmizləndiyindən Alqobu daşmırmış: "Hər yerə müraciət etmişik, ancaq hələ ki, kimsə gəlib dəyən zərəri hesablamayıb".
Milli.Az




Tags:  Hacıtəpəni su basıb FOTO


RƏYLƏR


Top news