Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xaricdə dini təhsil almış vətəndaşlara İslama aid ayin və mərasimlərin aparılması qadağan edilir

Xaricdə dini təhsil almış vətəndaşlara İslama aid ayin və mərasimlərin aparılması qadağan edilir

Date: 5 December 2015 21:27

Milli.Az AZƏRTAC-s istinadən bildirir ki, "Dini etiqad azadlığı haqqında" Qanunun 21-ci maddəsində edilən dəyişikliklərə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

Qanuna əlavə edilmiş hissədə bildirilir ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

Milli.Az


Tags:  Xaricdə dini təhsil almış vətəndaşlara İslama ayin mərasimlərin aparılması qadağan edilir


RƏYLƏR


Top news