Şeirdən uzaq nəsil

Şeirdən uzaq nəsil
23:17 5 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

İndiki cavanlar şeir-sənətlə çox az maraqlanırlar. Hətta elələri var ki, ikicə misra şeir istəsən, deyə bilməz. Amma bir vaxtlar bu məmləkətdə, az qala, iki adamdan biri yazırdı. İndi heç iki adamdan biri oxumur. Çoxları şeir adı eşidən kimi ağız büzür. Gənc yazarların yazıları isə, sadəcə, uğursuz eksperiment təsiri bağışlayır. 

Mən yaltaq, məddah ədəbiyyatı sevmirəm və mənfəət məqsədilə yazılmış hər şeyin itib-batacağına inanıram. Əməlli-başlı yaza bilməyən adamların "seçilmiş əsərlər" adı altında cild-cild kitablar çıxarmasını isə qəzəb və təəssüflə izləyirəm. Mənə görə, bütün bunlar hələ düşüncələrdə davam edən köhnə xəstəlikdir. 40-50 il yazırlar və sən bütün yazdıqlarını çevirib, bircə bənd, bircə misra tapa bilmirsən ki, hisslərinlə həmahəng olsun, duyğularına tərcümanlıq etsin, ürəkdən "oxxay" deyəsən.

Hərdən də müəllifini bilmədiyin, tarixin hansısa mərhələsində unudulmuş bir könül əhlinin bircə misrasını eşidib dəli olursan və ədəbiyyatın nə qədər gözəl, dərin, lətif bir iş olduğuna bütün varlığınla inanırsan. "Tükəndi nəqdi-ömrüm, dildə sərmayəm bir ah qaldı". Bu misranı, yəqin ki, çoxumuz Tatlısəsin dilindən eşitmişik. Doğrudur, qəzəlin növbəti beytlərində naşı əllər işlədiyini, bu möhtəşəm ədəbiyyat nümunəsinin necə təhrif və təhqir olunduğunu anlamaq könül əhli üçün heç də çətin deyil, amma bu bircə misranın yükü adamı yerindən oynatmaq üçün yetərlidir. Vaqif Bayatlı demişkən, əlini qoyursan bu bircə misranın üstünə və deyirsən: Ədəbiyyat budur! İnternetdə bir xeyli araşdırıb qəzəlin ona yaxın fərqli variantlarına rast gəldim. Müəllif haqqında isə ətraflı bilgi tapa bilmədim, sadəcə, adının Rıfat olduğunu öyrəndim. Qəzəlin məqtəsi, yəni son beyti belədir:

Bu Rıfat varını yaran yolunda eylədi yağma,

Əlində sayə bir kəşkül, başında bir külah qaldı.

Bir məsələ də var ki, son onilliklərdə klassik ədəbiyyat və əruz vəzni ilə maraqlananların sayı sürətlə azaldığından bu cür möhtəşəm ədəbi nümunələri əlifbadan əlifbaya köçürərkən ciddi qüsurlara yol verilir. Şeiri oxuyursan və əmin olursan ki, orda nəsə yerində deyil, çünki əruz vəznində bircə hərf yerindən sürüşəndə bütün sistem pozulur və bu xəta diqqəti çəkir.

Fani dünyanın səfası bir quru qovğa imiş,

Doğruca bir insan olmaq hər şeyə övla imiş!

Bir neçə gün əvvəl eşitdiyim bu beyt əslində ömür adlı qovğanın, həyat adlı yolun hər qarışına işıq salır. Bu dünyada zövq, səfa üçün nə qədər çalışıb çırpınsan, hamısı boş, mənasız zəhmətdən başqa bir şey deyil. Sən doğru-düzgün adam olmağa çalış, yalan danışma, haram yemə, başqasının haqqını tapdama, heç bir şeydən də əndişələnmə. "Doğruca bir insan olmaq" əslində hər birimizin ən böyük borcumuz budur və siz bu ifadəni kifayət qədər aça, genişləndirə bilərsiniz.

Bu cür misralar əslində nə qədər sadə, bəsit görünsələr də, sən onun işığında axtardığın həqiqəti tapa və rahat ola bilirsən. Ədəbiyyat dediyin də elə budur.

Sovet dövründə də gözəl əsərlər, şeir və hekayələr yazılıb. Bir həqiqəti xüsusi vurğulamaq istəyirəm ki, müəyyən zamana, məkana, hansısa sosial quruluşa bağlı olmayan, insanı və insanlığı əsas götürən əsər zamanı da aşacaq, məkanı da. Məsələn, sovet ədəbiyyatımızın ən gözəl nasirlərindən biri Ənvər Məmmədxanlının 2 hekayəsi mənim üçün əsl sənət şedevridir. Birincisi, "Buz heykəl"dir ki, onu bilməyən yoxdur. O hekayə deyir ki, ana hər zaman anadır, hər zaman övladını canından çox istəyir və o ana bu həqiqətin təsdiqi kimi öz heykəlini ucaldır. İkinci hekayə isə "Baş xiyabanda" adlanır və II Dünya müharibəsi illərində Təbrizdə yaşanan bir hadisədən bəhs edir. Müəllif yazır ki, hər gün küçələri dolaşan, ardınca da bir sürü it gəzən 11-12 yaşlarında səfil, dilənçi bir uşaq onun diqqətini çəkir və bir gün onun dalınca gedir. Gəlib xaraba qalmış bir evə daxil olur. Diqqət edib eşidir ki, pilləkənin altından hənirti gəlir, Əyilib baxanda görür ki, itlər top halında yatışıblar, həmin uşaq da soyuqdan donmamaq üçün onların arasına sığınıb. Hekayənin ümumi xətti belədir ki, insan qayğısından məhrum olan körpə ölməmək, ayaqda dura bilmək üçün itlərin hənirinə sığınır. Qısa danışdığım bu hekayə müəllifin yanğılı, kövrək dili ilə elə ifadə olunub ki, oxuyanda təsirlənməmək mümkün deyil.

Mənim üçün sovet dövrünün ən gözəl şeiri nə Səməd Vurğunundur, nə Mikayıl Müşfiqindir, nə də hansısa məşhurun. Məstan Günər adında bir şair vardi, sonradan Bakını tərk edib rayona getdi. Bir şeiri vardı:

Gedirəm, ay ellər, sözüm-söhbətim,

Neçə şirin-şirin dillərə qaldı.

Burada "gedirəm, ay ellər" şeirə zirvədən başlamaqdır. Siz hələ bu bəndə fikir verin:

Gözümün önündə durur həmişə,

Yaşıl biçənəklər, yamyaşıl meşə.

Mən ki aparmıram şehli bənövşə,

Çöllərdə bitmişdi, çöllərə qaldı.

Bu gün ən çox sevdiyim və tez-tez təkrarladığım iki misra var:

Nə dünyadan səfa bulduq, nə əhlindən ricamız var,

Nə dərgahi-Xudadan maəda bir ilticamız var.

1572-ci ildə Ərzurumda doğulmuş Nəfi adlı bir şairə məxsus olan bu misralarda deyilir ki, biz bu dünyada bir səfa tapmadıq, bu dünyanı tutanlardan da bir istəyimiz yoxdur. Özümüz dünyada olsaq da, Allahın dərgahından başqa da bir sığınacağımız, pənah apardığımız bir invan yoxdur. Elə bil ki, bütün duyğularımın ifadəsini tapıram bu iki misrada. Doğrudur, bənzəri deyimlər Füzulidə də var, Yunus dədədə də, amma könlüm daha çox bu iki misra ilə rahat olur.

İndiki gənclik karyera qurmaq üçün ən çox ingilis dili və kompyuter haqqında düşünür, sanki düşünmürlər, onların əvəzinə kompyuter düşünür. İndi rəqəmlərlə düşünürlər, hiss, duyğu muzey eksponatları kimidir onların nəzərində. Amma insan bu cür hissləri, səmimi duyğuları ilə insandır, rəqəmləri isə maşınlar daha dəqiq və sürətlə hesablaya bilir.

Bizə ədəbiyyat lazımdır, amma həqiqi ədəbiyyat. Şair xalq olmaq fəlakətdir, altından torpağını namusun kimi çəkib alacaqlar. Cild-cild kitabları ocağa töküb yandırmaq lazımdır, özü də yazarlarının gözü qarşısında. Səfeh şeir yazanları hansı yollasa cəzalandırmaq lazımdır. Bütün ədəbiyyatımızı, bütün şeirlərimizi sıxıb bir-iki kitab halına gətirmək və mənəvi atmosferimizi hər cür çirkabdan, tullantıdan təmizləmək lazımdır, nəsil-nəsil şairlərin adını bircə qələmlə silmək lazımdır. Bəli, bütün bunlar lazımdır, amma bütün bunlarla yanaşı, bizə ədəbiyyat da lazımdır, kövrələndə, ürəyin qubar eləyəndə bir misranın dizinə baş qoyub ağlamaq, axtardığın bir mətləbin mabədini ən qısa və kəsə yolla öyrənmək üçün lazımdır.
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Keçmiş arvadının üzünə "kislota" tökdürən şəxsin şikayəti təmin edilmədi

22 İyun 2017 22:49

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

22 İyun 2017 22:48

"Türkiyə ilə fikirlərimiz üst-üstə düşür" -

22 İyun 2017 22:47

Şəmkirdə 2 otaqlı mənzil yanıb

22 İyun 2017 22:43

Hansı qidalar qabıqlarıyla daha faydalıdır

22 İyun 2017 22:42

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

22 İyun 2017 22:37

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

22 İyun 2017 22:36

Restorana "dominant qadın" obrazında getdi - FOTO

22 İyun 2017 22:32

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22 İyun 2017 22:28

Anası 5 yaşlı uşağı niyə öldürdü? -

22 İyun 2017 22:28

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

22 İyun 2017 22:27

Necə bilək ki, insaflıyıq, ya yox?

22 İyun 2017 22:27

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

22 İyun 2017 22:22

İsti havada oruc tutmağın savabı nədir?

22 İyun 2017 22:22

İşə şortda buraxmadılar, don geyindi - FOTO

22 İyun 2017 22:17

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

22 İyun 2017 22:17

Merac hadisəsi nə zaman olub?

22 İyun 2017 22:17

Rusiyanın ən zəngin məmurları – Siyahı

22 İyun 2017 22:17

Bakıda əcnəbi turisti qarət edən üç qadın tutuldu

22 İyun 2017 22:13

Çilidən Almaniyaya erkən şok - YENİLƏNİR

22 İyun 2017 22:12

İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil

22 İyun 2017 22:12

İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri

22 İyun 2017 22:12

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa razılaşıb

22 İyun 2017 22:12

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

22 İyun 2017 22:12

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

1 milyon təqibçisi oldan məşhur it - FOTO

22 İyun 2017 22:05

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

22 İyun 2017 22:05

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

22 İyun 2017 22:02

Əfqanıstanda partlayış törədilib:

22 İyun 2017 21:58

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:57

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

22 İyun 2017 21:57

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

22 İyun 2017 21:57

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

22 İyun 2017 21:57

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

22 İyun 2017 21:52

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

22 İyun 2017 21:52

6 aylıq uşağın qidalanması

22 İyun 2017 21:52

Bakıda həbs edilən erməni hökmdən şikayət verdi

22 İyun 2017 21:49

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:47

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - VİDEO

22 İyun 2017 21:47

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

22 İyun 2017 21:47

Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

22 İyun 2017 21:45

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

22 İyun 2017 21:42

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

22 İyun 2017 21:42

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

22 İyun 2017 21:42

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

22 İyun 2017 21:42

Sürüşmələr aktivləşdi: çökmə və uçqun baş verdi - VİDEO

22 İyun 2017 21:42

Naxçıvanın yeni vergilər naziri təyin edildi

22 İyun 2017 21:39

Yevlaxda qumbara partladı: bir nəfər öldü - VİDEO

22 İyun 2017 21:37

Valideynləri tərəfindən atılan məşhurlar

22 İyun 2017 21:37

Qonşularının evini qarət etdi - VİDEO

22 İyun 2017 21:37