Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görülür

05:48 6 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə "Keçmiş məhbus gənclərə hüquqi dəstək və həmin gənclərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması" layihəsini icra edir.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azadlığa çıxan gənclər, müvafiq dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələri arasında geniş maarifləndirmə işinin aparılması və cəza çəkməkdən azad edilmiş gənclərin hüquqi, psixoloji və sosial problemlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir.
Layihə çərçivəsində “Cəza çəkməkdən azad edilmiş gənclərin hüquqları” adlı bukletlərin hazırlanması və nəşr edilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb. Bukletdə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, ölkənin digər qanunvericilik aktlarından və məcəllələrindən, müvafiq dövlət orqanlarının normativ-hüquqi aktlarından çıxarışlar, cəza çəkməkdən azad etmənin hüquqi əsasları, cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiyası ilə bağlı müvafiq tədbirlər və sosial adaptasiya işini həyata keçirən orqanlar, onların bu sahədə hüquq və vəzifələri öz əksini tapacaqdır.
Bütün bu göstərilən fəaliyyətlərə paralel olaraq, cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ceza_chekmekden_azad_olunmus_genclerin_cemiyyete_inteqrasiyasi_istiqametinde_tedbirler_gorulur-908716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR