Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyl”əri atdılar

Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyl”əri atdılar

Date: 6 December 2015 09:22

Fransanın Marsel şəhərində Türkiyə Mədəniyyət Mərkəzinə dörd ədəd "Molotov kokteyl"i atıblar. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə  "Le Parisien" nəşri məlumat yayıb.  

Polisdəki mənbənin məlumatına görə, hücum nəticəsində binaya "müəyyən" zərər dəyib. Cinayətin 3-4 naməlum şəxs tərəfindən törədildiyi bildirilir. Onların axtarışları davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Moskvadakı səfirliyi daş-qalaq edilib.    

Milli.Az


Tags:  Türkiyə Mədəniyyət Mərkəzinə Molotov kokteyləri atdılar


RƏYLƏR


Top news