Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"də SON DURUM: dalğıclar dənizin dibinə enəcəklər

"Günəşli"də SON DURUM: dalğıclar dənizin dibinə enəcəklər

Date: 6 December 2015 09:42

Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır. 

Milli.Az xəbər verir ki, bu barədə anspress-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib. Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: "Bu gün isə dalğıclar dəniz dibinə enəcək və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir".

Dekabrın 4-ü axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Milli.Az


Tags:  Günəşlidə SON DURUM dalğıclar dənizin dibinə enəcəklər


RƏYLƏR


Top news