Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk ordusu şəhid verdi: 3 ölü

Türk ordusu şəhid verdi: 3 ölü

Date: 6 December 2015 10:47

Türkiyə ordusu şəhid verib. Şırnak vilayətində avtomobilə iriçaplı silahlardan açılan atəş nəticəsində iki əsgər şəhid olub.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə vilayətin Cizrə rayonunda qeydə alınıb. Türk ordusunun əsgərləri avtomobillərini təmir etdirmək üçün təmir sexinə gəliblər. Elə bu vaxt PKK silahlıları atəş açıb və nəticədə 2 əsgər həlak olub, 2 nəfər də yaralanıb. Yaralılar dərhal Cizrə rayonunda yerləşən xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Silahlılar hücumdan dərhal sonra əsgərlərin olduğu avtomobili yandırıblar. Bu zaman da şiddətli atışma olub.

Bundan başqa Diyarbəkirin Sur rayonunda da əsgər şəhid olub. PKK silahlıları ilə atışma zamanı yaralanan xüsusi təyinatlı birləşmənin polisi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sur rayonunda küçəyə çıxma qadağasının davam etdiyi 4-cü gündə baş verən atışmalar zamanı 6 nəfər də yaralanıb.

Bundan əvvəl də Diyarbəkir vilayətində bir neçə dəfə silahli insident baş verib. Hadisələr zamanı Türkiyə silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi itkilər verib. Sentyabr ayının 6-da Diyarbəkir vilayətində kimliyi məlum olmayan şəxslər qumbaraatanla zirehli polis maşınına hücum edib. İnsident polis şöbəsindən 30 metr aralıda baş verib. 

Atılan qumbara hədəfindən yayınaraq arxada olan 2 təsərrüfat obyektinə tuş gəlib. Xoşbəxtlikdən itki qeydə alınmayıb. Zərbədən sonra dükanlara böyük ziyan dəyib, baş vermiş yanğını söndürmək üçün hadisə yerinə xeyli yanğınsöndürən göndərilib. 

Nəticədə 1 xüsusi-təyinatlı polis şəhid olub, 2 polis əməkdaşı isə yaralanıb. Diyarbəkirin Sur rayonunda əməliyyat hələ də davam edir, əməliyyat bölgəsinə sakinlər üçün giriş-çıxış bağlanıb, atışma və partlayış səsləri eşidilir.

Milli.Az


Tags:  Türk ordusu şəhid verdi ölü


RƏYLƏR


Top news