Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kanal S-in əməkdaşı mükafatlandırıldı

Kanal S-in əməkdaşı mükafatlandırıldı

Date: 6 December 2015 12:05

"Ekstremal vəziyyətlərdə işləyən jurnalistlərin psixoloji və təcrübi hazırlığı" təlimi başa çatıb. Təlimi uğurla başa çatdıran jurnalistlər diplomla mükafatlandırılıblar. Diplom alanlar arasında "Region TV" televiziya şəbəkəsinə daxil olan kanalların əməkdaşları da var. Milli.Az xəbər verir ki, "Kanal S"dən bu mükafata şirkətin Xəbərlər departamentinin koordinatoru Rasim Salehli və operator Raqif Cəfərov layiq görülüb.

1 ay davam edən təlimdə 60-a yaxın jurnalist iştirak edib. Təlimlər zamanı jurnalistlər silah-sursatla tanış olub, ekstremal şəraitdə sağ qalma qaydalarını öyrənib və əsir düşərlərsə, beynəlxalq təşkilatlara müraciət etmə qaydalarını mənimsəyiblər. Təlimlər 3 məkanda Təlim Tədris Mərkəzi, Qara Heybət poliqonu və Hərb Tarix Muzeyində keçirilib.

Milli.Az


Tags:  Kanal S-in əməkdaşı mükafatlandırıldı


RƏYLƏR


Top news