Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misir Mərdanov ali məktəblərdən narazıdır

Misir Mərdanov ali məktəblərdən narazıdır

Date: 6 December 2015 13:30

Nazir: “Ali məktəb müəllimlərinin əvvəlki nüfuzu bərpa edilməlidir”

“Azərbaycan keçmiş SSRİ ölkələri arasında Avropa Şurası və beynəlxalq təşkilatlar tərəfindən təhsil sahəsinin inkişafı üçün az qrant alan ölkələrdəndir. Amma biz bu istiqamətdə fəallığı artırmalıyıq, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ali təhsilin rolu yüksəlməldidir”.

Təhsil Naziri Misir Mərdanov bu gün Bakıda keçirilən ali məktəb tələbələrinin 21-ci respublika elmi-praktik konfransında belə deyib. Son illər Azərbaycanda ali məktəblərin maddi-texniki bazasının gücləndiyini deyən nazir, yeni tədris korpuslarının tikintisini də bu sahədəki inkişafın göstəricisi kimi qeyd edib.

Bununla belə, Misir Mərdanov deyib ki, hələ ali təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün çox işlər görülməlidir: “Ali məktəb müəllimlərinin əvvəlki nüfuzu bərpa edilməlidir. Bunun üçün universitet rəhbərləri də ciddi çalışmalıdır, diplomlarımız dünyanın hər yerində keçərli olmalıdır”.

Nazir imtahan sessiyası zamanı tələbələrdən rüşvətalma hallarına da münasibət bildirib. Onun sözlərinə görə, son vaxtlar ali məktəblərdə bu cür hallar xeyli azalıb. Lakin qış imtahan sessiyasının gedişini izləmək məqsədilə Təhsil Nazirliyində yenidən “qaynar xətt” yaradılacaq.

“Bizim həm mətbuatla, həm də korrupsiyaya qarşı mübarizə aparan idarələrlə əlaqələrimizi genişlənib. Ona görə də bu qış imtahan sessiyasını çox ciddi nəzarətdə saxlayacağıq“ – deyə, Misir Mərdanov bildirib.

Elxan SALAHOV


Tags:  Misir Mərdanov ali məktəblərdən narazıdır


RƏYLƏR


Top news